“Qızıl top”un ikiqat sahibi, əfsanəvi ingilis futbolçu VƏFAT ETDİ – FOTObackend

“Qızıl top”un ikiqat sahibi, əfsanəvi ingilis futbolçu VƏFAT ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkiqat “Qızıl top” mükafatçısı, İngiltərə millisinin əfsanəvi futbolçusu Kevin Kiqan vəfat edib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Futbol dünyasında ağır itki baş verib. İngiltərə milli komandasının keçmiş ulduz futbolçusu və ikiqat “Qızıl top” (Ballon d’Or) mükafatçısı Kevin Kiqan 75 yaşında dünyasını dəyişib. Bu barədə idmançının ailəsinin bəyanatına istinadən məlumat yayılıb.

Kiqan karyerası ərzində dünyanın ən uğurlu futbolçularından biri hesab olunub. O, həm parlaq oyunçu, həm də məşqçi kimi dünya futbol tarixinə mühüm töhfələr verib və adını əfsanələr sırasına yazdırıb.

Mərhumun ailəsi futbolçunun vəfat etdiyini bildirib və bu kədərli anda mətbuatdan onların şəxsi həyatının toxunulmazlığına hörmətlə yanaşılmasını xahiş edib.

Xuraman Etibarlı

İnterpress.аz