“Qulluğunda durur, saxta iltifat göstərir, sağollaşanda quyusunu qazır…” – Psixoloqdan vacib açıqlamabackend

“Qulluğunda durur, saxta iltifat göstərir, sağollaşanda quyusunu qazır…” – Psixoloqdan vacib açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətdə bir-biri ilə küsülü olan, bir-birinin arxasıyca danışan insanlarla qarşılaşarkən onunla incikliyi bir tərəfə qoyub, inanılmaz səmimiyyət nümayiş etdirdiklərinin dəfələrlə şahidi olmuşuq. Cəmyyətdə ikiüzlülük kimi xarakterizə edilən bu davranış izahı varmı? İnsanlar arxasınca danışdıqları adamların üzünə niyə gülürlər?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoterapevt Elmir Əkbər bildirib ki, çox heyf ki, cəmiyyətimizdə bu hal son dönəmlər çox geniş yayılıb.

“Ümumiyyətlə, bu hal hər zaman olub. Elmin, texnikanın inkişaf etməsi o demək deyil ki, insanlığımızı itirməliyik. Dövr bizi məcbur etmir ki, özümüz də rəqəmsallaşaq, robotlaşaq. Amma bir çox insan bu yolu seçir.

Xüsusən, nəzakətin dəb aldığı zamanda hamı bu saxta kübarlıq göstərir. Həqiqi nəzakət isə qalır bir qıraqda. Əgər yanımızda bir kəs başqa bir kəsin qulluğunda durursa, ona tamamilə saxta iltifat göstərirsə, amma sağollaşanda “quyusunu qazır”, arxasıyca danışırsa, hər kəsə qarşı belə olacaqdır.

Bu, arxadan zərbə vuran xain insanın təbiətindən irəli gəlir. Əgər birinə vaxtı ikən xəyanət edibsə, deməli nə vaxtsa, başqasına da xəyanət edəcək. Belə tiplərdən qaçmaq lazımdır, onlar çox təhlükəli olurlar”.

Ayzel

 

“Qulluğunda durur, saxta iltifat göstərir, sağollaşanda quyusunu qazır...” - Psixoloqdan vacib açıqlama