Qusarda ər və arvadı bıçaqla hədələyən şəxslər tutulubbackend

Qusarda ər və arvadı bıçaqla hədələyən şəxslər tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonunda ər və arvadı bıçaqla hədələyən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 8-də rayon sakinləri F.Qədirovu və həyat yoldaşını bıçaqla hədələyib quldurluq yolu ilə 190 manat və 2000 ABŞ dolları pulunu talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – şəhər sakini Z.Çigəliyev və Şirvan şəhər sakini X.Günəşov saxlanılıblar.