Ramiz Mehdiyevin adı silindi – Fotobackend

Ramiz Mehdiyevin adı silindi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az oxu.az-a istinadən bildirir ki,  artıq AMEA-nın rəsmi saytında R.Mehdiyevlə bağlı məlumatlara rast gəlinmir.

Məlumatda bildirilir ki, onun adı AMEA prezidenti siyahısından çıxarılıb və tərcümeyi-halı silinib.

Qeyd edək ki, R.Mehdiyevin göstərişi ilə AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib.

Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat – Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb. Daha sonra yazı AMEA-nın rəsmi saytından silinib.

Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.
AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb.