Altayın Zavyalovski rayonunun rəhbəri güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, martın 4-ü, çərşənbə axşamı Altay diyarının Zavyalovski rayonunun rəhbəri Nikolay Onişenko öldürülüb.
Onişenko kafedən çıxarkən güllələnib.
Hücum edən şəxsin yerli gənclərlə iş üzrə komitənin keçmiş rəhbəri Anatoli Fenin olduğu üzə çıxıb.
Bir versiyaya görə, Feninin Onişenko ilə münaqişəsi olub və onlar onu həll edə bilməyiblər.
Xuraman Etibarlı
İnterpress.az