“Real Madrid” İspaniya Kubokunun oyununda geridönüş edərək yarımfinala vəsiqə qazanıbbackend

“Real Madrid” İspaniya Kubokunun oyununda geridönüş edərək yarımfinala vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid” İspaniya Kral Kubokunun yarımfinalında “Atletiko”nu əlavə vaxtda 3:1 hesabı ilə yenib.

“Report” xəbər verir ki, görüş kral klubunun doğma meydanında – “Santyaqo Bernabeu” stadionunda keçirilib.

Qalib komandanın heyətində Rodriqo (79-cu dəqiqə), Kərim Benzema (104) və Vinisius (120+1) qolla fərqlənib. “Atletiko”nun yeganə qolunu isə Alvaro Morata (19) vurub. 99-cu dəqiqədə “Atletiko”nun müdafiəçisi Stefan Saviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, “Real Madrid” İspaniya Kubokunun son yarımfinalçısı olub. Daha əvvəl 1/4 final mərhələsində “Barselona” evdə “Real Sosyedad”ı (1:0), “Atletik” səfərdə “Valensiya”nı (3:1), “Osasuna” isə evdə “Sevilya”nı (2:1, əlavə vaxt) məğlub edib. Yanvarın 27-də 1/2 final mərhələsinin püşkü atılacaq, yarışın bu mərhələsi iki qarşılaşmadan ibarət olacaq.