Rəisinin helikopterinin qəzaya düşdüyü gün Baqeri Kani Ər-Riyada GİZLİ SƏFƏR EDİBbackend

Rəisinin helikopterinin qəzaya düşdüyü gün Baqeri Kani Ər-Riyada GİZLİ SƏFƏR EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xarici İşlər Nazirliyinə rəhbər vəzifəsini icra edən prezidentin helikopterinin qəzaya uğradığı gün gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail hərbi kəşfiyyatının məxfi ruporu AMAN Intelli Times məlumat yayıb

Mayın 19-da prezident Rəisinin helikopterinin qəzaya uğradığı gün İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Baqeri Kani Omanın vasitəçiliyi ilə gizli şəkildə Ər-Riyada səfər edib.

Həmin gün Amerikanın Yaxın Şərq işləri və milli təhlükəsizlik üzrə müşavirlərinin də ABŞ və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişini müzakirə etmək üçün Ər-Riyadda olduğu vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az