Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova toya hazırlaşır.
Bu barədə gənc müğənni özünün “Instagram” səhifəsində paylaşım edib.
O, ailə quracağı şəxsin üzü görünməyən şəklini paylaşaraq bildirib ki, artıq “hə”si olub:
“Bu gün mənim doğum günümdür. Həyatımın ən gözəl günü oldu. Bu dəqiqə həyatımın adamından evlilik təklifi aldım. Ömrümün sonuna qədər sənə “Hə” deyirəm. Çox xoşbəxtəm, yaxşı ki, varımsan. 2022-ci il, ilk gündən mənə uğurlu gəldin. Subaylığa əlvida dedim, bütün subaylara qismət olsun”.