Rusiya raket ekspertləri İsraillə toqquşmalar fonunda İrana uçub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, son bir il ərzində bir neçə yüksək səviyyəli rusiyalı raket eksperti İrana səfər edib.
Sənədlərə əsasən, ötən il aprelin 24-də və sentyabrın 17-də 7 raket mütəxəssisi Moskvadan Tehrana iki uçuş həyata keçirib.
Onların Tehrana uçuşları İsraillə münasibətlərin gərginləşdiyi, hər iki tərəfin aprel və oktyabr aylarında bir-birinə hərbi hücumlar etdiyi vaxta təsadüf edib.
Onların İranın raket istehsalı obyektlərinə, o cümlədən iki yeraltı obyektinə bir neçə dəfə səfər etdikləri bildirilir.
Bazalardan biri İranın Xəzər dənizi sahilindəki Əmirabad limanından təxminən 15 km qərbdə yerləşir.
Xuraman Etibarlı
İnterpress.az