Filippinin keçmiş lideri Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Filippinin 81 yaşlı keçmiş prezidenti Rodriqo Duterteyə qarşı irəli sürülən ittihamları təsdiqləyib.
O, ölkə rəhbərliyində olduğu dövrdə “narkotiklərlə müharibə” çərçivəsində insanlıq əleyhinə cinayətlər törətməkdə günahlandırılır.
BCM prokurorları keçmiş prezidenti 78 qətl və qətlə cəhd faktında birbaşa ittiham edirlər.
Xuraman Etibarlı
İnterpress.az






