Yüksək gərginlikli elektrik xətlərinə toxunan təyyarə YERƏ ÇIRPILDI – VİDEObackend

Yüksək gərginlikli elektrik xətlərinə toxunan təyyarə YERƏ ÇIRPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də kiçik təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq yerə çırpılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ-də dəhşətli aviasiya qəzası yaşanıb. Kiçik təyyarənin pilotu uçuş zamanı təhlükəli dərəcədə aşağı hündürlük seçib və nəticədə uçuş aparatı yüksək gərginlikli elektrik xətlərinə toxunaraq yerə düşüb.

Qəza anı sürücülərdən birinin avtomobilindəki videoregistratora düşüb.

Təyyarənin dayanacağa çırpılması nəticəsində 70 yaşlı pilot ağır xəsarətlər alıb.

Hadisə yerinə gələn şahidlərin göstərdiyi böyük şücaət nəticəsində pilot yanan qalıqların arasından saniyələr içində təhlükəsiz yerə çıxarılıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən pilot hazırda reanimasiyadadır.

Xuraman Etibarlı

İnterpress.az