Avropada “PUL QITLIĞI”: Aİ ölkələrinin enerji böhranına qarşı büdcəsi TÜKƏNİBbackend

Avropada “PUL QITLIĞI”: Aİ ölkələrinin enerji böhranına qarşı büdcəsi TÜKƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələrinin enerji böhranı ilə mübarizə üçün büdcə vəsaitləri tükənib.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Avropa İttifaqı ölkələrində enerji böhranı ilə bağlı vəziyyət kritik həddə çatıb.

Kiprdə keçiriləcək sammitdə dövlət rəsmiləri enerji daşıyıcılarının qiymət artımını müzakirə edəcəklər.

Avropa qalıq yanacaq idxalından asılıdır və bu böhran artıq son altı ildə – COVID-19 və 2022-ci il böhranından sonra üçüncü böhrandır.

Nəşr qeyd edir ki, ardıcıl baş verən bu böhranlar Aİ üzvü olan ölkələrin büdcələrindəki ehtiyatları demək olar ki, tamamilə tükəndirib.

İndi ölkələrin cari problemlərin fəsadlarını yumşaltmaq üçün demək olar ki, heç bir maliyyə resursu qalmayıb.

Xuraman Etibarlı

İnterpress.az