Siqaret satışına ömürlük QADAĞA: Dövlət Duması müzakirələrə BAŞLADIbackend

Siqaret satışına ömürlük QADAĞA: Dövlət Duması müzakirələrə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 2008-ci ildən sonra doğulanlara siqaret və veyp almaq ömürlük qadağan edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.

Rusiyada tütün məmulatlarının istehlakını məhdudlaşdırmaq üçün ciddi qanunvericilik təşəbbüsü müzakirə olunur.

Dövlət Dumasında 2008-ci ildən sonra doğulan vətəndaşlara siqaret və veyplərin satışına ömürlük qadağa qoyulması təklif edilir.

Layihə Böyük Britaniyanın tətbiq etdiyi analoji modelə əsaslanır. Yeni qanun qəbul olunarsa, 2008-ci il və ondan sonra doğulan şəxslərə tütün və nikotin tərkibli məhsulların satışı qanunla tamamilə qadağan ediləcək.

Xuraman Etibarlı

İnterpress.az