Roma Papasına qarşı sui-qəsdin qarşısı alınıb.
interpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Bildirilir ki, Roma Papasına qarşı sui-qəsdin qarşısı İtaliya polisi tərəfindən alınıb.
Qatil tüfəng və digər silahları vağzal barında qoyub getdiyi çamadanda gizlədib və keçən bazar Trieste görüşü zamanı papaya atəş açacaqdı. Təsadüfən çamadanı mühafizəçilər aşkar ediblər.
Qatil hələ də tapılmayıb.
Xuraman Etibarlı
İnterpress.az