“Rusiya artıq Tacikistandan olan tərəfdaşlara etibar etmir” – Kremlin RUbackend

“Rusiya artıq Tacikistandan olan tərəfdaşlara etibar etmir” – Kremlin RU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası artıq Tacikistandan olan tərəfdaşlara etibar etmir.

İnterpress.az xəbər vverir ki, bu barədə “Kremlin RU” öz mənbələrinə istinadən məlumat yayıb.

“Rusiya hakimiyyətinin Tacikistan vətəndaşlarına qarşı sərt tədbirləri Rusiya Təhlükəsizlik Şurasının göstərişi ilə bağlıdır.

Rusiya xüsusi xidmət orqanları bir neçə dəfə tacik həmkarlarından Rusiya Federasiyası ərazisində terror fəaliyyəti ilə bağlı sual veriblər. Lakin hər dəfə onlar rəsmi cavablar və heç bir məlumatın olmadığına dair təminat alıblar”, – deyə nəşr yazıb.

Qeyd olunur ki, Tacikistan vətəndaşlarının Rusiya Federasiyasına girişi ilə bağlı problem tezliklə həll olunmayacaq.

“Rusiya Federasiyası artıq Tacikistandan olan tərəfdaşlarına etibar etmir. Bu inamın nə vaxt bərpa olunacağı isə məlum deyil”, – mənbə vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az