Rusiyada məşhur quşçuluq fabrikinin yumurtalarında təhlükəli antibiotik aşkarlanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın “Sinyavinskaya” quşçuluq fabrikinin istehsal etdiyi yumurta məhsullarında quşların müalicəsində istifadə olunan güclü antibiotik maddə aşkarlanıb.
Laboratoriya analizləri nəticəsində yumurtalarda heyvanların müalicəsində tətbiq edilən “enrofloksasin” antibiotikinin qalıqları tapılıb.
“Rosselxoznadzor” faktla bağlı quşçuluq fabrikində növbədənkənar rəsmi yoxlamalara başlayıb.
Bu, Rusiya qida bazarında aşkarlanan ilk belə hal deyil. Bundan əvvəl “Atyaşevskiy” ət kombinatının məhsullarında qadağan olunmuş transqlutaminaza (ət yapışqanı) və müxtəlif antibiotiklər aşkar edilmişdi.
Həmçinin, Kaluqa vilayətindəki “Pyaterochka” mağazasından götürülən donuz qiyməsində və “Diksi” mağazasından əldə edilən qaraciyər kolbasasında əlavə təsirləri arasında karlıq, görmə pozuntusu və başgözəllənmə olan “azitromisin” antibiotiki tapılıb.
Xuraman Etibarlı
İnterpress.аz






