Rusiya ordusu Xarkov şəhərini atəşə tutdu, ölənlər varbackend

Rusiya ordusu Xarkov şəhərini atəşə tutdu, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu atəşə tutub, nəticədə ilkin məlumata görə, 7 dinc sakin öldürülüb, aralarında 3 uşaq olan 34 nəfər yaralanıb.

İnterpress.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, qəsdən adam öldürmə, eləcə də müharibə qanunlarını və adətlərini pozma maddələri ilə cinayət işi açılıb.