Rusiya Qvardiya Qoşunları səfərbərlik dövrü təhlükələrinə HAZIRLAŞIRbackend

Rusiya Qvardiya Qoşunları səfərbərlik dövrü təhlükələrinə HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qvardiyası ilk dəfə səfərbərliyə hazırlaşmağa başlayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidməti (“Rosqvardiya”) mülki müdafiə qaydalarını yeniləmək barədə qərar qəbul edib.

İlk dəfə olaraq bu mülki müdafiə qaydalarına səfərbərlik dövründə yarana biləcək daxili və xarici təhlükələrə qarşı xüsusi hazırlıq bəndi daxil edilib.

Müvafiq sənəd layihəsi ölkənin rəsmi normativ hüquqi aktlar portalında dərc olunub.

Dəyişikliklər “Rosqvardiya” qoşunlarında mülki müdafiənin təşkilini və idarə edilməsini tənzimləyən 2018-ci il tarixli əmrə rəsmi şəkildə əlavə ediləcək.

Xuraman Etibarlı

İnterpress.аz