Rusiya “Taliban”la tamhüquqlu tərəfdaşlıq QURURbackend

Rusiya “Taliban”la tamhüquqlu tərəfdaşlıq QURUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Əfqanıstanın “Taliban” hərəkatı ilə “tamhüquqlu tərəfdaşlıq” qurduğunu bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Rusiya Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ilə “tamhüquqlu tərəfdaşlıq” əlaqələri qurur.

Şoyqu, həmçinin regionun digər ölkələrini də Kabulla əməkdaşlığı genişləndirməyə çağırıb.

Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Əfqanıstanla qarşılıqlı əlaqə regionun təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Sergey Şoyqu vurğulayıb ki, Moskva taliblərlə təhlükəsizlik, ticarət, mədəniyyət və humanitar dəstək məsələlərini əhatə edən “praqmatik dialoq” aparır.

Rusiya rəsmiləri bu əməkdaşlığın regional sabitliyin təmin olunması üçün zəruri olduğunu bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az