Rusiya-Ukrayna böhranının ildönümündə G7 liderləri ilə görüşəcəkbackend

Rusiya-Ukrayna böhranının ildönümündə G7 liderləri ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın sədrliyi ilə G7-nin liderlərinim görüşü keçiriləcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, görüşün fevralın 24-də onlayn formatda keçiriləcəyi planlaşdırılır.

Ukraynaya hücumların başladığı fevralın 24-də onlayn keçiriləcək sammitə Ukrayna prezidenti Vladimir Zelenskinin də dəvət oluna biləcəyi bildirilib.

Sammitdə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı qətiyyət və həmrəylik mesajlarının verilməsi hədəflənir.

ABŞ, Almaniya, Avropa İttifaqı (Aİ), Fransa, İngiltərə, İtaliya və Kanada liderlərinin qatılacağı sammitdə Ukrayna ilə bağlı əməkdaşlıq gücləndiriləcək.

Rusiya-Ukrayna böhranından mənfi təsirlənən enerji bazarlarının sabitliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

G-7 Liderlər Zirvəsi 2023 may ayında Yaponiya tərəfindən ölkənin cənub-qərb hissəsindəki Xirosima şəhərində keçiriləcək.