Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıbbackend

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bildirilib ki, Novomoskovskda partlayış dalğası nəticəsində mikroavtobusun aşması səbəbindən 5-i uşaq olmaqla 24 nəfər xəsarət alıb.

Xarkovda mülki obyektlərə ziyan dəyib. Zaporojye və Krivoy Roqda xəsarət alanların olduğu bildirilir.