Rusiya: Ukrayna ordusu ərzaq ehtiyatlarını zəhərləmək üçün kimyəvi silahdan istifadə edibbackend

Rusiya: Ukrayna ordusu ərzaq ehtiyatlarını zəhərləmək üçün kimyəvi silahdan istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov Ukrayna ordusunun qida ehtiyatlarını zəhərləmək üçün kimyəvi silahdan istifadə etdiyini iddia edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov 3-cü Gənc Alimlər Konqresindəki çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun müharibə zamanı kimyəvi silahdan istifadə etdiyini iddia edən Kirillov deyib: “Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatlar zamanı 17 dəfə qida materiallarını zəhərləmək üçün kimyəvi silah komponentlərindən istifadə etdiyi müəyyən olundu. Bu, ən azı 15 nəfərin ölümünə səbəb oldu”.

Kirillov bildirib ki, sözügedən kimyəvi komponentlər bahadır və yalnız bir ölkədə istehsal olunur.