“Rusiya Ukraynadan təkliflərə cavab gözləyir” – Kremlbackend

“Rusiya Ukraynadan təkliflərə cavab gözləyir” – Kreml

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadan danışıqlar prosesi çərçivəsində təkliflərinə cavab gözləyir.

İnterpress.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizim ən son versiyadakı təkliflərimiz rəqiblərimizə, Ukrayna danışıqlar heyətinə verildi. Cavab gözləyəcəyik. Baxmayaraq ki, biz sizinlə prezident Zelenskinin heç bir mətni almadığı və görmədiyi barədə bəyanatını eşitmişik. Bu da müəyyən suallar doğurur: niyə prezident Zelenskiyə bizim təkliflərimiz barədə məlumat verilmir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya tərəfi təkliflərlə bağlı sənəd layihəsini aprelin 15-də Ukrayna tərəfinə təhvil verdiyini açıqlayıb. Ukrayna prezidenti Zelenski isə Rusiyanın təklifini hələ görmədiyini bildirib.