Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Ukrayna əsirliyindən 185 hərbçisini geri qaytarıb. Nazirliyin yaydığı məlumata görə, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri qarşı tərəfə təhvil verilib.
Qeyd edək ki, hər iki ölkə arasında əsir mübadiləsi prosesi davamlı olaraq həyata keçirilir.
Əsirlikdən azad edilən hərbi qulluqçulara əvvəlcə lazımi tibbi və psixoloji yardım göstərilir, daha sonra isə onlar reabilitasiya və ailələrinə qovuşmaq üçün müvafiq mərkəzlərə yola salınırlar. Bu cür mübadilələr çox vaxt vasitəçi dövlətlərin dəstəyi ilə baş tutur.
Xuraman Etibarlı
İnterpress.az






