Rusiya vətəndaşlarına qarşı VİZA TƏZYİQİ: 11 dövlətdən birgə BƏYANATbackend

Rusiya vətəndaşlarına qarşı VİZA TƏZYİQİ: 11 dövlətdən birgə BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 Avropa ölkəsi Brüsseldən rusiyalı turistlər üçün Şengen vizası rejiminin sərtləşdirilməsini tələb edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Yay tətili mövsümü ərəfəsində 11 Avropa ölkəsi Avropa Komissiyasına müraciət edərək, Rusiya vətəndaşlarının Şengen zonasına giriş qaydalarının sərtləşdirilməsini tələb edib.

Adı açıqlanmayan diplomatın sözlərinə görə, bu təşəbbüslə çıxış edən ölkələr Kremlə təzyiqləri artırmaq niyyətindədirlər.

Təşəbbüskar ölkələr sırasında Baltikyanı dövlətlər (Estoniya, Latviya, Litva), Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa, İsveç, eləcə də İslandiya və Norveç yer alır.

Bu ölkələr Avropa Komissiyasını Rusiyaya qarşı viza siyasətini ciddi şəkildə sərtləşdirməyə çağırıb.

İmzalamış dövlətlər bu addımın təhlükəsizlik mülahizələri və Ukraynadakı müharibə fonunda siyasi mesaj olduğunu bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az