Rusiya Çexiyadan mitropolit İllarionun dərhal azad olunmasını tələb edib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi Çexiyada saxlanılan mitropolit İllarionun dərhal azad edilməsini və ona qarşı aparılan araşdırmalara son qoyulmasını tələb edib.
Nazirlik mitropolitə qarşı irəli sürülən ittihamları “uydurma”, onun saxlanılmasını isə “səhnələşdirilmiş təxribat” kimi qiymətləndirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, mitropolitin saxlanılması ilə əlaqədar Çexiyanın Moskvadakı diplomatik missiyasının rəhbəri nazirliyə çağırılacaq və ona Rusiya tərəfinin qətiyyətli etirazı bildiriləcək.
Rəsmi Moskva baş verənləri “din xadiminə qarşı hücum” kimi dəyərləndirərək məsələni öz nəzarətində saxlayır.
Xuraman Etibarlı
İnterpress.az






