Rusiya XİN Lavrovla Kulebanın görüşünü təsdiqləyibbackend

Rusiya XİN Lavrovla Kulebanın görüşünü təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib.

Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 9-da baş tutacaq.