“Rusiya ilə Azərbaycan arasında əlaqələr yüksəlişdədir”.
İnterpress.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Moskvada keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının IV iclasının yekunları ilə bağlı deyib.
Onun sözlərinə görə, görüşün yekununda qəbul edilən kommünike gələcək illər üçün dialoqun inkişafı vektorlarını müəyyən edib: “İki ölkə bunu gücləndirməyə və inkişaf etdirməyə çalışacaq”.
M.Kaluqin qeyd edib ki, Rusiya XİN “3+2” platformasına böyük diqqət yetirir.
O xatırladıb ki, Gürcüstan bu formatda iştirak etməyib: “Lakin onun üzünə qapı hər zaman açıqdır”.
Direktor müavininin fikrincə, Qərb platformalarında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün təklif olunanların hamısı Rusiya-Azərbaycan-Ermənistan mexanizmindən götürülüb: “Onlar bizim nailiyyətlərimizi oğurlamağa çalışırlar. Bu istiqamətdə həll yollarını özümüz tapmalıyıq”.