Rusiyada baş verən yanğında dörd nəfər ölübbackend

Rusiyada baş verən yanğında dörd nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Zabaykal diyarının Karımskoye kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yanğın 20 kv. m ərazini əhatə edib. Yanğın yerinin kəşfiyyatı zamanı iki kişi və bir qadının meyiti tapılıb.

Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən uşağın da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.