Rusiyada beşmərtəbəli binada güclü partlayış olub, ölənlər varbackend

Rusiyada beşmərtəbəli binada güclü partlayış olub, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novosibirsk şəhərində beşmərtəbəli binada güclü partlayış olub.

“Report” xəbər verir ki, bu barədə Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov teleqramda bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində binanın bloku uçub. Qeyd olunub ki, hadisəyə səbəb qaz sızması olub.

Regionun Səhiyyə Nazirliyi hadisədə 2 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.