Rusiyada İngiltərə Premyer Liqasının yayımı dayandırıla bilərbackend

Rusiyada İngiltərə Premyer Liqasının yayımı dayandırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İngiltərə Premyer Liqasının oyunları Rusiyada yayımlanmaya bilər.

İnterpress.az-ın məlumatına görə, bu barədə liqanın icraçı direktoru Riçard Masters özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, hazırda bu istiqamətdə iş gedir: “Biz müqavilənin dayandırılması və ya xitam verilməsi məsələsini çox diqqətlə nəzərdən keçiririk”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 27 turdan sonra 66 xalı olan “Mançester Siti” başçılıq edir.