Rusiyada ekoloji fəlakət: 30 milyona yaxın arı tələf olub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Krasnoyarsk diyarında irimiqyaslı kütləvi arı ölümü qeydə alınıb.
Prokurorluğun rəsmi məlumatına görə, Bolshemurtinski-Suxobuzimski bələdiyyə dairəsində tarlaların güclü təsirə malik pestisidlərlə emal edilməsi nəticəsində təxminən 30 milyona yaxın arı kütləvi şəkildə tələf olub.
Hadisə ilə əlaqədar yerli Baytarlıq Nəzarəti Xidməti tərəfindən tələf olmuş arıların qalıqlarından ekspertiza üçün nümunələr götürülüb.
Hazırda tələf olan arıların rəsmi sayı dəqiqləşdirilməsə də, zərərçəkən 22 fermer rəsmi şəkildə nəzarət qurumuna müraciət ünvanlayıb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb. Güclü kimyəvi maddələrdən qanunsuz istifadə edərək bu cür irimiqyaslı ekoloji və maddi ziyana səbəb olan təqsirkar şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi məsələsi nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.аz






