Rusiyada məktəblərdə hicab və niqab QADAĞAN EDİLİRbackend

Rusiyada məktəblərdə hicab və niqab QADAĞAN EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tula vilayətində məktəblərdə hicab və niqab qadağan ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Tula bölgəsində məktəblilərə geyim üçün yeni standart tələblər tətbiq etməyi planlaşdırırlar.

Regional Təhsil Nazirliyinin müvafiq əmri ilə antikorrupsiya imtahanı keçirilir.

Bu tədbirlər şagirdlərin xarici görünüşündə vahidliyin təmin edilməsinə və uşaqlar arasında sosial, əmlak və dini fərqlilik əlamətlərinin aradan qaldırılmasına yönəlib.

Əsas dəyişikliklər həm məktəbli formasına, həm də xarici görünüş tələblərinə aiddir.

Təhsilin dünyəvi xarakter daşımasını təmin etmək üçün geyimin dini və ya antisosial xarakter daşımaması nəzərdə tutulub.

Xuraman Etibarlı

İnterpress.az