Rusiyada müəssisədə partlayış: 2 ölü, 7 yaralıbackend

Rusiyada müəssisədə partlayış: 2 ölü, 7 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Penza şəhərində bitiumun saxlanıldığı müəssisədə partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsindən bildirilib.

Məlumata görə, partlayış baş verən zaman orada 25 nəfər və 6 texnika varmış.

Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.