Rusiyada spirtli içki verilmədi deyə kişi üç nəfəri öldürüb yandırdıbackend

Rusiyada spirtli içki verilmədi deyə kişi üç nəfəri öldürüb yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnoyarsk vilayətində evdə çıxan yanğının söndürülməsindən sonra orada üç nəfərin cəsədi tapılıb.

“RİA Novosti” xəbər verir ki, həmin şəxslər 61 və 68 yaşlarında qadınlar, 42 yaşda kişi olub.

Faktla bağlı iki və daha artıq şəxsi öldürmə maddəsi ilə cinayət işi başladılıb.

Məlum olub ki, cinayəti əvvəllər məhkum olunmuş 32 yaşlı kişi törədib. O törətdiyi cinayəti etiraf edib.

Belə ki, həmin şəxs bir gün ərzində spirtli içki qəbul edib və növbəti gün spirtli içki üçün tanışı olan yaşlı qadının evinə gəlib.

Qadın onu evə buraxsa da spirtli içki verməyib. Bu zaman həmin şəxs qadını əvvəl bıçaqlayıb, sonra isə çəkiclə vurub öldürüb. Cinayətkar bu zaman evə gələn qonşu qadının da çəkiclə başına vuraraq qətlə yetirib. Bundan sonra o divanda yatan kişini görüb və cinayətin izini ört-basdır etmək üçün evi yandırıb.

Bundan sonra küçədən keçən sakinə hücum edərək onu qarət edib.