Rusiyada yaponiyalı jurnalist casusluq şübhəsi ilə SAXLANILDI – VİDEObackend

Rusiyada yaponiyalı jurnalist casusluq şübhəsi ilə SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyalı jurnalist Saxalində casusluq şübhəsi ilə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatında bildirilir.

Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin bürosunun müxbiri Saxalin vilayətində casusluq şübhəsi ilə saxlanılıb.

FTX-nin iddiasına görə, jurnalist Rusiyanın müdafiə qabiliyyəti ilə bağlı məlumatlar toplayıb və bu məlumatların ölkənin təhlükəsizliyinə qarşı istifadə edilməsi nəzərdə tutulub.

Jurnalist Rusiyanı tərk etməzdən bir gün əvvəl saxlanılıb. O, Moskvaya aparılıb və Lefortovo Məhkəməsi jurnalisti həbsdə saxlayıb. Cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az