Altay diyarında yaşayan şəxs Rusiya vətəndaşlığından məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Altay ərazisi üzrə Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Altay diyarında yaşayan “vəhhabi” milli təhlükəsizliyə təhdid olduğu üçün vətəndaşlıqdan məhrum edilib.
“Orta Asiya ölkələrindən birindən olan, Altay diyarında yaşayan şəxs Rusiya vətəndaşlığından məhrum edilib. Qərar şəxsin ölkənin təhlükəsizliyinə təhdid yaradan hərəkətləri əsasında qəbul edilib”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az