Rusiyanın Novosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 12 nəfər ölüb.
Bu barədə TASS-a fövqəladə hallar xidmətindən bildirilib.
“Xilasedicilər daha iki qurbanın meyitini tapıblar, partlayış nəticəsində ölənlərin ümumi sayı 12-yə çatıb”, – mənbə bildirib.
O əlavə edib ki, 3 nəfərin taleyi naməlum olaraq qalır.