Rusiyadan Tbilisiyə uçan təyyarə təcili olaraq geri qaytarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Rusiyanın “Azimut” aviaşirkətinə məxsus Tbilisiyə uçan təyyarə texniki nasazlıq səbəbindən təcili olaraq Moskvanın Vnukovo hava limanına qaytarılıb.
Sərnişinlərin ehtiyat reyslə Tbilisiyə çatdırılacağı vəd edilir.
“A47107 Moskva – Tbilisi reysi texniki nasazlığa görə uçuş hava limanına qayıdır”, – aviaşirkətin açıqlamasında deyilir.
Tbilisi hava limanının saytında uçuşun yerli vaxtla saat 11:05-də hava limanına çatmalı olduğu, lakin 6 saat gecikdiyi bildirilir.
Bu, artıq son üç ayda Gürcüstana uçan Azimut Hava Yolları təyyarələri ilə bağlı dördüncü insidentdir. Müxtəlif texniki nasazlıqlara görə təyyarələr uçuş hava limanlarına qayıtmalı olublar.
Xuraman Etibarlı
İnterpress.az