Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıbbackend

Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpolun dələduzluğa görə axtarışa verdiyi Rusiya vətəndaşı D.B. Türkiyənin Mersin əyalətində saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli təhlükəsizlik idarəsi onun ekstradisiyası prosedurunun başlandığını açıqlayaraq bildirib.

Qeyd edilib ki, Rusiya İnterpol tərəfindən axtarışda olan D.B-nin Mersində olduğu barədə məlumat alındıqdan sonra texniki və fiziki nəzarətə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Bildirilib ki, onun Rusiyaya ekstradisiyası üçün tədbirlər görülür.