Rusiyanın Bryansk vilayətinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
İnterpress.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz teleqram kanalında yazıb.
O bildirib ki, Rusiya ordusunun elektron döyüş sistemləri Ukraynaya məxsus PUA-ları zərərsizləşdirib: “Hücum nəticəsində dağıntı və itki olmayıb”.