Rusiya gömrükçüləri 140 kq həşişin ölkəyə keçirilməsinin qarşısını alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Belarus sakini qaçaqmalçılıq yolu ilə Rusiyaya 350 milyon rubl (təxm. 6 milyon 730 min man) dəyərində 140 kq həşiş keçirməyə cəhd edib.
Gömrükçülər narkotik vasitəni yük maşınının salonundakı yatağın altında gizli yerdə aşkar ediblər.
Tərkibində narkotoik maddə olan 150 ədəd polimer briket götürülüb. Ekspertiza həşişin olduğunu təsdiqləyib.
43 yaşlı kişiyə qarşı cinayət işi açılıb, onu ömürlük həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az