Sabah ABŞ və Ukrayna Səudiyyə Ərəbistanında “ərazi məsələlərini” müzakirə edəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib.
Danışıqlarda həmçinin “təhlükəsizlik protokolları”, Amerika kəşfiyyatının ötürülməsi və faydalı qazıntı sazişi müzakirə olunacaq.
Vitkoff əlavə edib ki, Vaşinqton bu danışıqlardan “əhəmiyyətli irəliləyiş” gözləyir. Xüsusilə, amerikalılar qalıq yanacaqlarla bağlı sazişin imzalanmasına ümid edirlər.
Kiyev KİV-i mənbələrə istinadən xəbər verir ki, danışıqlar zamanı Ukrayna dənizdə atəşkəsin yaradılmasını, uzaq məsafəli zərbələrə qadağa qoyulmasını təklif edəcək və əsirlərin azad edilməsində israr edəcək.
Xuraman Etibarlı
İnterpress.az