Sabah Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirləri görüşəcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Görüş Türkiyədə – Kayseridə keçiriləcək.
İki gün davam edəcək görüş çərçivəsində Türkiyənin Milli müdafiə naziri Hulusi Akar, Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze və Azərbaycanın müdafiə naziri Zakir Həsənov ikitərəfli və üçtərəfli görüşlər keçiriləcək.
Görüşdə regionun sülh, sabitlik və gələcəyi ilə bağlı görüləcək işlərin müzakirə ediləcəyi gözlənilir.