Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevun meyitinin qalıqları Şabran şəhərinə gətirilib.
İnterpress.az-ın məlumatına görə, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Rahib Ağaseyid oğlu Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
R.Mirzəyev Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.“Report”