Tailandda fil qaşınmaq üçün fermerin dırmığını “oğurlayıb”.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tailandda sevimli və qeyri-adi heyvan davranışı qeydə alınıb. Dişi fil bədənini qaşımaq məqsədilə sahədə işləyən fermerin əlindəki dırmığı cəld bir hərəkətlə onun əlindən alıb.
Fil dırmıqla bədənini rahat şəkildə qaşıdıqdan sonra həmin aləti olduqca nəzakətli bir formada təkrar fermerin əllərinə geri qaytarıb.
Hadisənin qəhrəmanı olan “Xampxonq” adlı dişi fil bölgənin əsl ulduzuna çevrilib.
O, özünün bu cür ağıllı və sevimli hərəkətləri ilə sosial şəbəkələrdə tez-tez populyar videoların qəhrəmanına çevrilir.
Xuraman Etibarlı
İnterpress.аz






