Sahil Babayev: “Nazirliyə şirkətlər tərəfindən müharibə iştirakçılarına dəstəklə bağlı təkliflər edilir”backend

Sahil Babayev: “Nazirliyə şirkətlər tərəfindən müharibə iştirakçılarına dəstəklə bağlı təkliflər edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə biznes-hökumət dialoqunun inkişafına verdiyi xüsusi töhfəyə görə beşinci Beynəlxalq “Caspian Business Award 2020” mükafatı təqdim olunub.

Sahil Babayev 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forumu çərçivəsində çıxışı zamanı qeyd edib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əhalinin çox geniş qismi ilə əməkdaşlıq edir. Eləcə də, biznes nümayəndələri ilə nazirlik arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Son 2 ildə geniş miqyaslı islahatlara biznes nümayəndələri də ciddi məsuliyyət və böyük vətənpərvərliklə yanaşıblar.

“Ölkədə biznes nümayəndələri sosial tərəfdaşlıq missiyasını yerinə yetirirlər. Eləcə də pandemiya dövründə də biznes nümayəndələri dövlətlə birgə bir çox layihələr həyata keçiriblər. Biznes nümayəndələri tərəfindən bu il ərzində 100 mindən çox ailəyə ərzaq yardımı edilib. Biz inanırıq ki, işğaldan azad edilmiş ərazilərin bərpa və inkişaf etdirilməsində də biznes nümayəndələri aktiv şəkildə iştirak edəcəklər. Eləcə də, qeyd edim ki, nazirliyə əksər şirkətlər tərəfindən sosial həssas və müharibədə iştirak edən şəxslərə dəstək fikirlərini əks etdirən təkliflər daxil olur” – deyə, o vurğulayıb.

Nazir bildirib ki, 2 ildən çox bir müddətdə ölkədə əmək müqavilələrinin sayı 300 mindən çox artıb. Eləcə də, Azərbaycanda çox qısa bir dövr ərzində Ümumi Daxili Məhsulun 80 faizi özəl sektor hesabına istehsal edilməyə başlayıb.

 

İnterpress.az