Şahmar Mövsümov: “Hazırda başqa ölkələrdən koronavirusa qarşı vaksinlərin alınması məsələsinə baxılmır”backend

Şahmar Mövsümov: “Hazırda başqa ölkələrdən koronavirusa qarşı vaksinlərin alınması məsələsinə baxılmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov başqa ölkələrdən koronavirusa qarşı vaksin alınıb-alınmayacağı məsələsinə aydınlıq gətirib.

İnterpress.az-ın məlumatına görə, Şahmar Mövsümov bildirib ki, hazırda başqa ölkələrdən vaksinlərin alınması məsələsinə baxılmır: “Tibbi qərargah, Operativ qərargah bütün vaksin istehsalçıları ilə daim əlaqədədir. Dünyada nə baş verirsə xəbərimiz var”.

Qeyd edək ki, Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini alıb.

İnterpress.az