Salyan rayonunda 24 saat işləyən aptekin olmaması problemə çevrilib.
Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat veriblər.
Bildirilib ki, apteklərin gecə saatlarında fəaliyyət göstərməmələri zəruri hallarda insanları çıxılmaz vəziyyətdə qoyub.
Belə ki, xüsusə gecə saatlarında dərman lazımı olduğu təqdirdə işləyən aptek tapmaq əsl müşkülə çevrilib.