Salyan sakini olan qadının çantası oğurlanıb.
İnterpress.az xəbər verir ki, hadisə bu gün şəhərin avtovağzalının yaxınlığında qeydə alınıb.
Belə ki, şəhərin PMK-23 yaşayış massivinin 55 yaşlı sakini Mirzəyeva Südabə Seyidəli qızı ağ rəngli VAZ-2106 markalı taksidən düşərkən əl çantasını unudub.
Çantadakı pul qabında onun şəxsiyyət vəsiqəsi , 30 manat pulu və qızıl əşyaları olub.